Çərşənbə axşamı - İyun 25 2019
Son Dəqiqə
Home / Azərbaycan (page 5)

Azərbaycan

Azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner SAVALAN ZİRVƏSİNDƏ

Öyrənci : Bir qrup milli-mədəni fəal, azərbaycanlı siyasi məhbusların azadlığını tələb etmək məqsədi ilə Savalan dağı zirvəsinə çıxıb. Siyasi məhbusların qeyd-şərtsiz sərbəst buraxılmasını  istəyən fəallar “Azadlıq uğrunda dostağa düşən  igidlərimizə azadlıq” yazılmış banner nümayiş etdiriblər. Bannerin aşağı hissəsində “Bayrağı ucalarda qalmaq istəyən hər hərəkət, dostaqlardakı bayraqlarına arxa durub, onları uca …

Davamı...

Tanınmış politoloq Sadiq Zibakəlam mərkəzi hökumət süqut edəcəyi təqdirdə Güney Azərbaycanda problem yaşanacağını bildirib

Öyrənci : Tehran Universitetinin siyasi elmlər üzrə professoru, islahatçılar düşərgəsinə yaxın məşhur politoloq Sadiq Zibakəlam İranda mərkəzi hökumətin süquta uğramasından təşvişə düşüb. Cümə günü “İnsaf News”a danışan universitet müəllimi İranda hökumətin çökəcəyi təqdirdə Güney Azərbaycanda bir çox problemin yaşanacağını proqnozlaşdırıb. “Allah eləməsin, Tehranda mərkəzi hökumət süqut edərsə, bu dəfə yalnız …

Davamı...

Ustad Həsən Dəmirçinin 40 mərasimi çərşənbə günü Təbrizdə keçiriləcək

Öyrənci : Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin (Həsən Azərbaycan) 40 mərasimi çərşənbə günü Təbrizin “Cavad-ol Əemmə” məscidində keçiriləcək. Mərhumun ailəsi tərəfindən yayılan bildirişdə elan olunduğu kimi, mərasim çərşənbə günü avqustun 1-də Təbriz vaxtı ilə saat 18:00-dan 20:00-dək nəzərdə tutulub. Həsən Dəmirçi iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə …

Davamı...

Muğan zindanında saxlanılan azərbaycanlı fəal Kiyumərs İslami aclıq aksiyasına başlayıb

Öyrənci : İyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ərəfəsində yaxalanan azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami saxlandığı Muğan zindanında aclıq aksiyasına başlayıb. Əldə olunan məlumata görə, fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq aclıq aksiyası keçirməyə qərar verib. …

Davamı...

Qulam Quluzadə Urmiyə zindanından müvəqqəti azadlığa buraxılıb

Öyrənci : Azərbaycanlı milli-mədəni fəal Qulam Quluzadə 25 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. İyulun 29-da Urmiyə zindanından azadlığa buraxılan fəalın hansı ittihamla saxlandığı barədə hələlik heç bir məlumat yoxdur. Urmiyəli fəal iyulun 5-də Babək qalası yürüşünə gedərkən Kəleybər şəhərinin girişində saxlanılıb. Onun yaxalanarkən təhlükəsizlik qüvvələri …

Davamı...

Etiraz yığıncağı keçirən Azərbaycan Dəmiryolu İşçiləri dayanacaqda gecələyiblər – Təbrizdə

Öyrənci : Təbriz dayanacağında etiraz yığıncağı keçirən Azərbaycan Dəmiryolu İşçiləri gecəni dayanacaqda yatıblar. Məlumata görə, işçilər maaşlarının 6 ay gecikməsi, işin çətinliyinin olduğu kimi nəzərə alınmaması və şirkətin (Travers Şirkəti) keçmiş rəhbərliyinin işçilərlə hesablaşmamasına etiraz bildirir. Bir neçə gündür etiraza  başlayan işçilər aksiyanın 6-cı günündə dayanacaqda gecələyiblər. “İlna” xəbər agentliyinin …

Davamı...

Son həbslər dalğasında tutulan bu fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır

Öyrənci : İyul ayının əvvəllərində keçirilən Babək qalası yürüşü ilə əlaqədar saxlanılan çox sayda azərbaycanlı fəaldan 4-ü hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır. İbrahim Nuri və Cəfər Rüstəmi Tehranın Evin Zindanında, Kiyumərs İslami Muğan zindanında və Qulam Quluzadə Urmiyə zindanının karantin bölümündə ağır şəraitdə saxlanılır. Məlumata görə, təhlükəsizlik qüvvələri fəalların sərbəst …

Davamı...

Babək qalasına gedən fəallardan daha 15-i yaxalanıb, saxlanılan fəalların sayı 32-ə çatıb

Öyrənci : İranın təhlükəsizlik qüvvələri Babək qalası yürüşünə mane olmaq üçün həbslər dalğasını davam etdirir. Son məlumata görə, azərbaycanlı fəallardan daha 15 nəfəri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, bununla da saxlanılan fəalların sayı 32-ə çatıb. Ərdəbilli fəallar Murtaza Pərvin, Höccət Fikri, Əli Ruhbəxş və Məhəmməd Azad iyulun 4-ü axşam saatlarında Kəleybər …

Davamı...

Azərbaycan Milli Hərəkatının bayrağı Milli Qiyam zamanı şəhid olmuş sulduzlu soydaşlarımızın məzarı başında dalğalandı – GÖRÜNTÜ

Öyrənci : Azərbaycanlı milli fəallar, Güney Azərbaycan Milli Hərəkatının bayrağını 2006-cı ildə baş verən Milli Qiyamda canlarını fəda etmiş şəhidlərin məzarı başında dalğalandırıblar. Məlumata görə, iyulun 3-də bir qrup azərbaycanlı milli-mədəni fəal 2006-cı il may hadisələrində Sulduzda şəhid olmuş soydaşlarımızın məzarını ziyarət ediblər. Şəhidlərin dəfn edildiyi qəbiristanlığa gedən fəallardan biri …

Davamı...

Azərbaycanlı fəallar Kiyumərs İslami və Murtaza Yəzdani saxlanılıb

Öyrənci : Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycan şəhərlərində başlayan yeni həbslər dalğası davam edir. Son məlumata görə, Azərbaycanın tarix və mədəniyyəti üzrə araşdırmaçı, milli-mədəni fəal Kiyumərs İslami Muğanın Parsabad şəhərində öz evində saxlanılıb. Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid bir çox şəxsi əşyanı özləri …

Davamı...