Çərşənbə axşamı - Sentyabr 17 2019
Son Dəqiqə
Home / Məqalə / Çanaqqala şahidi Qarabağımın talismanıdır! / Eluca Atalı

Çanaqqala şahidi Qarabağımın talismanıdır! / Eluca Atalı

 

Bu kurşun bəlkə də üç yüz min türk şəhidinin hansısa birinin
vücudunu dəlib keçib.
Bəlkə də hədəfə dəyməyib, içində daşıdığı mahiyyəti doğrultmayıb,
amma torpağın köksünü dəlib, 100 il orda mürgüləyərək
gizlənib. 99 il torpağı durmadan döyəcləyən yağmur 100-cü il onu
gün işığına çıxarıb.
Bəlkə də nə türk, nə ingilis, nə fransız, nə də anzak sümüyünü
dəlib keçməyib, tüfəng lüləsindən çıxıb havada uçuşaraq yerə
qonub…
Türk Dünyasının kutsal məkanı Çanaqqalada 2015-ci ilin
nisan ayında düzənlənmiş “Çanaqqala-100” kitab fuarındakı imza
günümdə oldum, fürsətdən bəhrələnib şəhidliyi 90 kilometrlik
bütün cəhbə boyu qarış-qarış gəzdim. Yaşlı bir qadının suvenir
satdığı masanın qarşısında durub, onun 3-5 lirəyə dəyərləndirdiyi
hədiyyələri cibimdəki son lirələrin imkan verdiyi qədər xərcləyib
aldım. Nədən belə etdiyimi sorsanız, o zaman cavabım bu olacaq:
İsveçin “Aftonbladet” qəzetində oxumuşdum ki, Məkkə
şəhərindəki qızıl dükanlarının sahibləri son zaman qızıl alverinin
aşağı düşdüyündən şikayət edirlər. Səbəbinisə son dövrlər Həccə
gələnlərin sayının yarım milyona qədər aşağı enməsilə göstərirlər.
Ərəb kutsal diyarında altun satıb turistlərdən qazanc götürdüyü
halda, türkün tək torpaq konusu yox, ləyaqət konusu olduğu bu
kutsal diyarı Çanaqqalada teyzə əkmək parasını quruşquruş
qazanır.
– Bu da sənə hədiyyəm!
Masa altından balaca bir mis parçasını mənə uzadanda çaşdım.
– Bu nədir? -Sorduğumda.
– Çanaqqala zəfərinin şahidi! – Cavabını aldım.
– Bəs, nədən mənə verirsiniz?
Sualım yersiz deyildi, çünki, o, məni beş nəfərin içindən
seçmişdi. Çanaqqala Millət Vəkili, bir əkmək fabrikinin rəhbəri,
Çanakkale 100. Yıl Kırkyama Anı 670 metrə qədər uzunluğunda
yorganı 16 ölkənin qadını ilə birgə hazırlamış rəssam Sərpil Şahin
və bir dərnək rəhbərinin yer aldığı bu dəstədə nədən zəfər şahidini
vermək üçün məni seçsin ki?
– Sən yazarsan, zəfərdən yaz, qızım! Qoy, torunlarımız görsün
ki, bu torpaq bədava alınmadı, qanla suvarıldı… Dədələrimiz şəhid
oldu, babalarımız öksüz böyüdü.
Çanaqqaladan Osmanlı diyarı Bursaya, ordan da İzmirə konfranslara
gedərkən zəfər şahidi mənə yol yoldaşı oldu. Bursadan
İzmirə getdiyimdə artıq yorğunluğum qalmamışdı, onu əl
çantamdan çıxarıb ovcumda o yan-bu yana çevirərək, özümü tək
hiss etmədim. Şekspirin qəhrəmanı Hamletin naməlum kəllə
sümüyü ilə olan məşhur monoloqunu xatırladan bir söhbəti zəfər
şahidi ilə etməyə başladım. 1914-1918-ci illər Birinci Dünya
savaşı tarixini beynimdəki arxivdən vərəqləyib indiyə qədər səhv
öyrədilmiş hər nə varsa, hamısını biryolluq atmağa qərar verirəm.
70 il Sovet dönəmində Azərbaycan türkünə Rusiyanın birinci
dünya savaşındakı Anadolu cəbhəsindən torpaq və qənimət əldə
etmədən çıxarkən bütün silah və sursatlarını Andronikə verib
Naxçıvana yola salmalarını, onun da Naxçıvan daxil olmaqla, bütün
Azərbaycan üzrə soyqırım törətdiyini bizə tam başqa yöndən,
Andronikin Azərbaycanı türk işğalından qorumağa çalışdığı kimi
sırımışdılar. Bu vasitə ilə də “biz türk deyilik” nidasını beynimizə
həkk etdirmişdilər, indi də acı meyvəsini yediyimiz ziyanlı
təbliğatın nəticəsidir.
Paslı güllənin içində gəzdirdiyi sirrini oxumaqdan ötrü onu o
üzünə, bu üzünə çevirməkdə davam edirəm, avtobusdakı sərnişinlərə məhəl qoymadan. Bu an qulağıma səs dəyir, başımı qaldırıram,
xidmətçi çay istəyib-istəmədiyimi sorur, gözlərini əlimdən
çəkməyərək. Zəfər şahidini ovcumda gizlədib, ona yox deyirəm.
Zənn edirəm ki, xidmətçi çay pulu əvəzinə məndən gülləni istəyə
bilər, çünki cibimdə param qalmamış… (Unutmuşam ki, çay
bədavadır!)
Ulu öndərimiz Atatürkün qəsbkar əsgərlərin analarına ünvanladığı
mütərəqqi nitqi və bir anzak anasının ona cavabını da bu
yerdə xatırlamaya bilmirəm: “Bu memleketin topraklarında
kanlarını döken kahramanlar! Burada, dost bir vatanın toprağındasınız.
Huzur ve sükun içinde uyuyunuz. Sizler, Mehmet74
çiklerle yan-yana, koyun-koyunasınız. Uzak diyarlardan evlatlarını
harbe gönderen anneler! Gözyaşlarınızı dindiriniz. Evlatlarınız
bizim bağrımızdadır. Huzur içindedirler ve rahat uyuyacaklardır.
Onlar bu topraklarda canlarını verdikten sonra, artık bizim
evlatlarımız olmuşlardır”.
İzmirdən İstanbula uçduğum zaman gömrükdə yol çantalarımın
bilgisayar vasitəsi ilə dönə-dönə yoxlanılıb, açılmasını rica
edəndə: Nədən? – sorduğumda, cavan gömrük xidmətçisi: “Siz
silah daşıyırsınız!” – dedi. ” Ola bilməz!” – dedim, lakin, o, “Belə
görünür!” – deyib, çantamı açmaqda israr etdi. Zəfər şahidini əlinə
alıb havaya qaldırdı. Burdan sorğu-sual başlandı: Bu nədir? Səndə
hardandır? və s. bu kimi suallar üstümə yağdı və baş gömrük xidmətçisinə
qədər əlindəki xüsusi aparatla bilgi verib çağırdı.
Gerçəkdən olayı dramatikləşdirmirəm, onlar artıq yeddi nəfərə çatdılar, lakin mən tək, çünki zəfər çahidi də onlar tərəfə keçirilmişdi.
– Apara bilməzsən! – Qərarını eşitmək, sizcə, çox asanmıdır?
– Lütfən, yapma! – Yalvarışını gömrük xidmətçisinin əlində
sıxdığı zəfər şahidinin üstündəki torpağı ovxalayanda dedim.
Yadıma Amerikan yazarı Ayzek Ezimovun bir hekayəsi
düşdü. Qonaq bir səhər oyanarkən görür ki, ev sahibi onun
ayaqqabılarının altını silib təmizləyir. O, ev sahibinin alicənab
davranışından utanıb, zəhmət çəkməməsi üçün rica edir. Cavabında
ev sahibi, bu bizim adətimizdir, qonağa torpağımızı daşıyıb
aparmasına izin vermirik, ayaqqabısında olsa belə, – deyir.
Əcəba, bu gənc gömrük xidmətçisi o adətləmi mənlə davranır?
Çünki yalan-doğru, deyilənə görə, A. Ezimovun da kökü
türkə dirənir. Nəhayət, rəis kimliyimi aldı, bir böyük kağızı yazıb
doldurandan sonra mənə imza atdırıb, zəfər şahidini neylon
torbaya qoyub yol çantamda yerləşdirərək: “İyi yolçuluklar!” –
dilədi. Amma uçaqdan enənə qədər həyəcanım bitmədi, çünki
İzmirdə uçaq səmaya qalxana qədər yerdə bir səfər çantası vardı.
Kiminki olduğunu bilmirəm, amma şübhə içimi didirdi ki, mənimki
də yüklərin arasında olmaya bilər.
İsveçə döndüyümdə səfər qabağı yarımçıq qoyduğum Qarabağdan
bəhs edən “Savaşda qalib yoxdur” romanımı yazıb davam
etdirməyə başladım. Zəfər şahidini bilgisayarın ekranına dirəyib,
onu gözümdən kənara qoymurdum. Hamlet sayağı monoloqum
davam edirdi, ona dedim ki: “Mənlik olsa, səni tarix muzeyinə
vermərəm, səni işlək vəziyyətə gətirib, Qarabağa gedən əsgərin sol
cibinə qoyaram”. Bunu mənə dedizdirən ingilis jurnalisti Tomas de
Vaalın “Xocalını törətmək ermənilər üçün vacib idimi?” sualına
Xocalı soyqırımının müəllifi, cəllad Serj Sarkisyanın “Biz
Xocalıda Anadolunun heyfini aldıq” cavabı idi.
Bəli, Qarabağ Çanaqqalanın davamıdır. Biz Qarabağda dünya
ilə savaşdıq, tək erməni ilə yox. Xanlar-Tərtər cəhbəsi boyu
savaşmış döyüşçü Elli Atayurd xatirələrində deyir: “Savaşa
gedərkən Yevlax dəmir yolu vağzalında iki-üç gün gecələməli
olduq. Yaxınlıqdakı kəndlərdən qız-gəlinlər yemək bişirib bizə
gətirirdilər, aralarından bir gəlin sinəsində gizlətdiyigülləni çıxarıb
mənə verərkən, ərinin qısasını almağımı tapşırdı. İnanca görə,
döyüşə gedən əsgərə gənc qadın güllə verərsə, o güllə talisman
kimi əsgəri bütün cəbhə boyu qoruyar…
Çanaqqala şahidi Qarabağımın talismanıdır!

Başqa xəbəridə oxuyun

Milli tariximizin böyük nümunələrindən dərs götürülsə daha yaxşı olar

Azərbaycanda zamanla elə bir dövlətçilik əxalqı formalaşıb ki, dünyada onun nümunəsini tapmaq çətindir. Əlbəttə ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir