Son Dəqiqə
Home / Azərbaycan / İran Hizbullah zindanında ;”Ədalətli bölgü “(2) /Eluca Atalı 

İran Hizbullah zindanında ;”Ədalətli bölgü “(2) /Eluca Atalı 

Rəis min doqquz yüz yetmiş səkkizinci ilin qışında mollanın Paris təyyarəsinin burnunda oynadığı iki adamlıq mini tamaşanın gözə görünməyən rejissoru idi. O təyyarənin bağajından molla demiş, frənglərin Tehrana göndərdiyi yükü boşaldırdı.

İndi qarşısında əyləşib iki qulağını şəkləyib onun müqəddəs kitabdan tapdığı erkək cinsiyyət orqanına xidmət edən sətirləri misal çəkə-çəkə rəisə dərs verən mollanı dinlədikcə, nədənsə qulağına təkrarən Paris təyyarəsinin Tehran hava limanında yağlanmaq üçün növbə gözləyən yorulmuş matorunun uğultusu dəyirdi.

-Kitabımız buyurur ki, zindandakı qızlar sizin halalca malınızdır.

Rəis mollanın ağzından çıxanları bu dar zindan otağında xəyalən səhnələşdirməyə başladı. Din xadimi isə senarisini yazmaqda davam edirdi.

-İstərsiniz onları satın… – O ani rəisin üzünə baxdı, rəis onun dediyini qeyri-ixtiyarı başı ilə təsdiqlədi, baxmayaraq mollaya nəsə satmağın mümkünsüz olduğunu bilirdi. – İstərsinizsə başqasına bəxşeyiş verin… – Onlar sizin qulunuz, cariyənizdir…

Gördüyündən göz kirəsi istəmək bu molla tayfasının köhnə adətidir, mollanı mənalı baxışlarla süzən zindan rəisinin üzündən bunu oxumaq çətin deyildi. Güman ki, molla da rəisin nə düşündüyünü atüstü dərk etmişdi. Bəlkə o üzdən idi nitqini davam etdirib allahın qadın dustaqlarla bağlı pay bölgüsünə düzəliş etdi.

-İstəsəniz özünüzə zövcə edin… İllah ki, onları özünüzdən narazı salmayın.

-Əlbəttə, bu qədər ədalətli buyruğa hansı müsəlman əməl etməz?

Rəis sual verməklə molladan cavab gözləmirdi, sadəcə, onun cinayətkar qadınlardan sərfəli istifadəylə bağlı mütərəqqi bölgüsünü təsdiqləyirdi.

-O zaman nəyi gözləyirsən?

Mollanın sualı rəisi yerində qurcalanmağa məcbur etdi.

-Molla lütf edib nəyi görmək istədiyini deyərdisə, allahın sadiq qulu icrasını əsirgəməzdi.

-Sən kimi arif adama mənmi buyurmalıyam?!

-Ağa lütf etsin, müşkülü desin, bu allah bəndəsi, – rəis əlini sinəsinə tutdu, – icrasına hazırdır.

-Pay veriləcək zindanini niyə gözlətdirək ki? O zavallı da qoy edamdan əvvəl  muradına çatsın.

Rəis qəfildən ilan çalmış qurbağa kimi yerindən atıldı. Qarşısında molla yox, kaş pastaran olaydı, onu anında otağından qovmağa hazır idi. Çünki o adətən pastaranlara diş qıcadanda yerindən qəfil tullanardı. Allahın buyurduğu kimi mollaya zindandan  bəxşeyiş verəcək qədər əliaçıq olmayan rəis əlüstü bəhanəsini tapdı:

-Ağa, bu günlük edam olunacaq qızı artıq zövcə etmişik.

Zindani qızların bölüşdürməsində özünü ilk növbədə təmin edən rəis cürət etmədi mollaya zövcə etmişəm desin. Bu səbəbdən qızın qadınlaşmasını ümumiləşdirdi.

Molla zindani malın bu dəfə bəxşeyiş forması almamasına qəzəblənmədi düşünsək, səhv etmiş olarıq.

-Qanunda buyurulur, əsl müsəlman əvvəlinci payı qonağa verər, dostu təmin edər…

Molla həyəsızlığına heyrət edən rəis ağzı açıq onun bölgü ilə bağlı şərhini dinlərkən molla nitqinə belə xitam verdi: – axırda pay qalarsa, özünə sərf edər. Çünki müsəlman təvəzökar olmalıdır.

Dizləri süstəlmiş rəisin ayaqları ağır qarnını saxlamağa qadir olmadiğından özünü kresloya buraxdı.

SON

Başqa xəbəridə oxuyun

“İran hizbullah zindanında” romanından / Tora düşməyən balıq(1) / Eluca Atalı

Molla soyunmağa başlayanda Fatma utanıb üzünü ikiəlli möhkəm qapadı. Ömründə ilk dəfə gördüyü çılpaq kişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir