Home / İnsan haqları / “Iran hizbullah zindanında” romanından balaca hissə / Eluca Atalı

“Iran hizbullah zindanında” romanından balaca hissə / Eluca Atalı

 

Ağa dəstəmazını alıb otağın ortasına ağır addımlarla gəlib durdu.
Əyilib namaz ləvazimatlarını yerə qoymaq istəyən an açıq pəncərəyə qonub otağı seyr edən yaşıl tualet milçəyi ona doğru uçdu. Milçəkdən çimçinən imam əbasının ətəyi ilə onu qovub özündən kənarlaşdırmaq minvalı ilə az güc sərf etmədi.

O əbasını yelləyib milçəyi kükləyəndə, onun öz dili ilə deyilsə, allahın yaratdığı dilsiz məxluq ona daha da yaxınlaşırdı. Həşaratın sırtıqlığı imamı məcbur etdi şəxsi lüğətində əsəbi məqamları üçün bəslədiyi söyüşlərdən bir-ikisini yardımçısı Dehqaninin ünvanına göndərsin. Düzdü, Dehqanini söydüyü birinci dəfə deyildi, amma namaza oturduğu bir anda o heç vaxt ağzına söyüş almamışdı.

Dehqani kimi kəlpərin pəncərəni açıb otağı havalandırması imamı sövq etmişdi namaz qabağı tualet milçəyi ilə əlbə-yaxa olsun. Bir anda milçək görünməz oldu, qoca imam buna sevinməyə bilməzdi. O düşünürdü ki, mübarizəsi qələbə ilə nəticələnib və nəhayət əlindəki cənamazını xalçanın üzərinə sərdi. Zavallı imam hardan bilsin ki, həşarat indi ona əvvəlkindən daha yaxın olaraq əbasının arxasında oturub, hələ bir yumurtasını da ora qoymuşdu.

Ağanın namazı bitəndə Dehqani içəri girdi. Bu onda illər uzunu qazanılmış vərdiş idi, adəti üzrə ağaya yerdən qalxmaq üçün yardım etməli idi. Ağasının kürəyindən ikiəlli yapışıb yuxarı çəkən Dehqani çaşqınlıqla ağanın bayaqdan üzünü tutub namaz qıldığı Efes qülləsinə tamaşa edirdi. Zavallı hardan bilsin ki, ağası bilərəkdən Məkkəni Efeslə əvəz etməmişdi. Sadəcə, milçəyi qovub rədd etmək istəyəndə təqribən yüz səksən dərəcəli bucaq altında fırlanmışdı.

Başqa xəbəridə oxuyun

Eğer Çin samimi ise… / Doç. Dr.Ömer Kul

Çin’in başta Doğu Türkistan olmak üzere Tibet, Güney Moğolistan, Hong Kong ve benzeri bölgelerinde devlet …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir