Çərşənbə axşamı - İyun 25 2019
Son Dəqiqə
Home / Azərbaycan / Milli tariximizin böyük nümunələrindən dərs götürülsə daha yaxşı olar

Milli tariximizin böyük nümunələrindən dərs götürülsə daha yaxşı olar

Azərbaycanda zamanla elə bir dövlətçilik əxalqı formalaşıb ki, dünyada onun nümunəsini tapmaq çətindir. Əlbəttə ki, bunun formalaşmasında həm milli, genetik və digər özünəməxsus amillərin rolu danılmaz və inkar edilməzdir.

1919 – 1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin Baş Naziri vəzifəsini icra etmiş Nəsib bəy Yusifbəyli tutduğu vəzifədən gələn aylıq gəlirlərini yeni formalaşan Cümhuriyyətin təhsil, mədəniyyət və ədəbi sahədə fəaliyyət göstərən ” Türk Ocağı ” ədəbi dərnəyinə sərf etmişdi, özü isə atasında aldıqları pullar hesabına günlük yaşamını təmin etmişdi( Atası ilə tarixi yazışma olan məktub bunu təsdiq edir ).

Bu bir tarixidir, çoxlarının dərs götürəcəyi şərəfli bir tarix. Heç bir kitabda oxuya bilməyəcəyi, görə bilməyəcəyi, 23 aylıq fəaliyyət göstərmiş Cümhuriyyət tarixinin kiçicik bir hissəsi olan tarixi bir an, əbədiyyən mövcud olacaq müstəqil Azərbaycana əxlaq dərsi vermiş nümunəvi hadisə.
Bunun davamı olaraqda Böyük dövlətçilik əxlaqı qoymuş Əbülfəz Elçibəyin siyasi fəaliyyətinidə qiymətləndirmək lazımdır, düşünərək dərs götürüləcək və qiymətləndiriləcək siyasi əxlaq dərsi.
Əbülfəz Elçibəy hakimiyyətdə olduğu dövrün hər günü demək olar ki, müharibə ilə müşayət olunub, həmin dövrdə Elçibəy maliyyə ehtiyyatlarından necə istifadə etmişdi ? öz üzərinə düşənləri nəzərdə tuturam, hakimiyyətdə olduğu dövrdə heç bir qohumu dövlət vəzifəsində və ya postunda yer tutmamışdı.

Müharibə gedən dövrdə Ə. Elçibəy yediyi yeməklər belə ən sadə formada olmuşdu, şor və çörək.
Bu bir vətənpərvərlik, siyasi məsuliyyət və siyasi əxlaqın ölkəmizin şərəfli tarixi timsalında ortaya qoyduğu tarixi nümunələrdir.

Bu gün ölkəmizin sərvətləri, maliyyə ehtiyyatları hədsiz dərəcədədir, amma ondan istifadə edənlər fərqlidir, onu ölkənin gələcəyi üçün yox, öz əxlaqsızlığı təcəssüm edən şəxsi mənafeləri üçün sərf edirlər.
Milli tariximizin böyük nümunələrindən dərs götürülsə daha yaxşı olar.

Ceyhun Nabi

Başqa xəbəridə oxuyun

Aclıq aksiyasının 12-ci günündə tanınmı Güney Azərbaycanlı fəal Abbas Lisaninin durumu bəlirsizdir!

Öyrənci : Mayın 27-də Ərdəbil zindanında aclıq aksiyasına başlayan Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübarizi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir