Çərşənbə axşamı - İyul 23 2019
Son Dəqiqə
Home / Məqalə / Təbriz bazarı, Noterdam kilsəsi və YANŞÜVƏNLƏR /Elçin Aslangil

Təbriz bazarı, Noterdam kilsəsi və YANŞÜVƏNLƏR /Elçin Aslangil

 

İlk yanğın hadisəsi tarixi məlumatlara əsaslansaq 700 min il əvvəl meşəyə ildırım düşməsi ilə başlayıb. Bəşər övladı odla elə bu tarixdə tanış olub.
Rəsmi məlumatlara görə Azərbaycanın bir sıra sakinləri ilk yanğın hadisəsi ilə, “penolas” və “Günəşli neft yatağı”ndakı yanğınla tanış olsalar da, içimizi yandırıb qovuran bu yanğınlardan nəticə çıxarmayıblar. Əksinə, Noterdam kilsəsinin yanğını daha təsirli olub ki, mənəviyyat, mənlik, kimlik, dəyər məsələsi olan tarixi Təbriz bazarının yanması Noterdam yanğınının kölgəsində daldalandı. Bunu Təbəri demir, təptəzə tarix deyir…

Biz yanmağa öyrəncəliyik. Öz dərdimizə və halımıza yox, “Şarle Hobde” üçün yanmaq, (xatırlayırsınızsa sosial medyadakı həmvətənlərimiz Fransa bayrağına bürünmüşdü) “vurulan rus təyyarəsi” üçün yanmaq, Əkrəm İmamoğlu üçün yanmaq və sairə və neçə-neçə yanmaqlar.

Biz hətta Qarabağ üçün də yanmırıq və yanmaq ehtimalımız da, Keşikçidağ məsələsinə biganə yanmağımız qədərdir. Bunu da Təbəri demir, təəssüflər olsun ki, qəttəzə tarix deyir.

Popkorunun qoxusuna burnu yanan milləti-ün millətvəklimiz bir bu boyda həngaməni qoyub da, nə üçün və hansı maraqdan dolayı Təbriz bazarına və Keşikçidağ məsələsinə yanmalıdır? Nə tarixi Təbriz bazarında obyekti var, nə də Keşikçidağda…

Axı nə üçün və hansı səbəbdən dolayı əziz humanist yanğındaşlar Noterdam kilsəsinə deyil də, tariximiz Təbriz bazarına yanmalıdır? Uzaqbaşı bazardır, alış-veriş mərkəzidir. Bəs küllü sual olunur- Noterdam kilsəsi ilə nə kimi alış-verişiniz var əziz humanyanistlər? Burda “yan” şəkilçisini bir xeyli önəmlə qeyd etməyim təsadüfi deyil- axı qondarma erməni soyqırımını tanıyan, ermənilərə bizdən daha yaxın olan Fransa, “yanlar”dan yanadır və siz də, təbii ki Noterdam yanğınında tarixə pərəstiş, özgə tarixinə sitayiş, hətta özünüzü özgə tarixinə asayişçi kimi göstərməyiniz vacib idi, borcunuz idi! (?)

Əziz yanğındaşlar, tarix ən uzunömrlü şəkildə daşlara yazılır! Siz tariximizin daşlaşmış, daşa dönmüş, başına daş düşmüş yaddaşısınız. Gələcək nəsillər tariximizə etinasızlığınızı və, özgə tarixi uğrunda çıxardığınız şəbihi unutmayacaq- Yanşüvənlər!
Tariximiz yandı! Niyə səsiniz çıxmır əziz Yanşüvənlər?

 

Başqa xəbəridə oxuyun

Milli tariximizin böyük nümunələrindən dərs götürülsə daha yaxşı olar

Azərbaycanda zamanla elə bir dövlətçilik əxalqı formalaşıb ki, dünyada onun nümunəsini tapmaq çətindir. Əlbəttə ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir