Son Dəqiqə
Home / İnsan haqları / “Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid nəşriyyənin fəaliyyəti dondurulub

“Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid nəşriyyənin fəaliyyəti dondurulub

Öyrənci : “Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid “Elin” adlı nəşriyyənin fəaliyyəti bir il müddətinə dondurulub.

Türk və fars dillərində nəşr olunan nəşriyyə Marağa Universiteti Nəşriyyələrinə Nəzarət Komitəsinin qərarı əsasında fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub.

Nəzarət Komitəsi ötən günlərdə nəşriyyənin 13 və 14-cü saylarında yayılan mətləblərin araşdırılması ilə bağlı iclas keçirdikdən sonra sözügedən nəşriyyənin fəaliyyətinin dondurulmasına dair qərar qəbul edib.

Qış aylarında nəşr olunan 14-cü sayda Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı mətləblər dərc olunmuşdur.

Bundan əvvəl 2015-ci ilin yaz aylarında nəşriyyənin 9-cü sayı nəşr olunduqdan sonra Marağa Universiteti Nəşriyyələrinə Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətinin 1 illik dondurulması ilə bağlı qərar qəbul etmişdir.

“Elin” Nəşriyyəsinə qadağa tətbiq olunduqdan sonra nəşriyyənin o dövrdəki müdir-məsulu Milad Balesini Nəzarət Komitəsi tərəfindən 1.5 il müddətinə təhsil almaq hüququndan məhrum edilib və Nəzarət Komitəsi tərəfindən yazılı töhmət (tobix) almışdır.

 

Başqa xəbəridə oxuyun

Biz Azərbaycanın özüyük: Urmiyadan başlayıb, bütün Güney Azərbaycanın bütün şəhərlərinə yayılan çağırış

Öyrənci; Urmudan (Urmiya) start götürmüş #Biz_Azərbaycanın_Özüyük çağırışına qısa müddət ərzində bütün Güney Azərbaycan şəhərlərindən yüzlərlə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir