Son Dəqiqə
Home / Azərbaycan / Azərbaycanlı fəalların etirazı nəticə verdi: Təbrizdə quraşdırılan “fars” dili kitabı lövhəsi “riyaziyyat”la dəyişdirildi – GÖRÜNTÜ

Azərbaycanlı fəalların etirazı nəticə verdi: Təbrizdə quraşdırılan “fars” dili kitabı lövhəsi “riyaziyyat”la dəyişdirildi – GÖRÜNTÜ

Öyrənci : Ötən günlərdə Təbrizin “Fəhmidə” meydanında quraşdırılan “fars” dili kitabı lövhəsində dəyişiklik edilib.

Bu, azərbaycanlı fəalların kəskin etirazından sonra baş verib.

Şəkildə göründüyü kimi artıq 3-cü sinif dərsliyində “fars” sözü gözə dəymir, onun yerinə “riyazi” (riyaziyyat) sözü yazılıb. Dövlətin rəsmi orqanı olan Bələdiyyə  İdarəsinin bu şəkildə geri addım atması azərbaycanlı milli-mədəni fəalların etirazı və səyi nəticəsində baş verib.

Fəallar lövhə quraşdırıldıqdan qısa müddət sonra (sentyabrın 20-də) “fars” sözünü silərək yerinə “türk” yazmışdılar, onlar lövhənin hər iki tərəfində müxtəlif milli şüarlar da dərc etmişdir.

Şübhəsiz ki, yeni dərs ili ərəfəsində ana dilində təhsil alması qadağan edilmiş bir şəhərdə fars dilinin təbliğ edilməsi yerli əhaliyə qarşı saymazlıq kimi qəbul olunur. Bu lövhə həm də Təbrizi fars şəhəri kimi göstərməyə hesablanmışdır.

Lövhənin Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baherin təşşəbbüsü ilə quraşdırıldığı bildirilir. İ.Şəhin Baher antitürk mövqeyi ilə seçilən panfarsizm məktəbinin yetirmələrindən biridir.

Fəallar bu hərəkətləri ilə fars şovimizminin təzyiqlərinə qarşı dirəniş göstərəcəklərini bir daha sübut edərək İran rejiminin irqçi siyasətini pislədilər.

Dəyişiklik edildikdən sonrakı görüntü

 

Əvvəlki görüntü

Başqa xəbəridə oxuyun

Koronavirüs salgınında son 24 saat

Öyrənci : Dünya genelinde yeni tip koronavirüs (Kovid-19) salgınından en fazla etkilenen ABD’deki vaka sayısı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir