Son Dəqiqə
Home / Azərbaycan / Güney Azərbaycanın Qaradağ meşələri yandı ; Tehran rejimindən heç bir yardım gəlmədi!

Güney Azərbaycanın Qaradağ meşələri yandı ; Tehran rejimindən heç bir yardım gəlmədi!

ÖYRƏNCİ : Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Qaradağ meşələrində ötən günlərdə geniş miqyaslı  yanğın baş verib.

Rəsmi açıqlamalara görə, 300 hektar meşə sahəsini külə çevirən yanğın bir həftə davam etdi. Hökumət rəsmiləri yanğının avqustun 19-da başladığını və 23-də söndürüldüyünü bildirir, lakin şahidlər yanğının bir həftə əvvəl başladığını deyir.

Azərbaycan şəhərlərində yanğını söndürmək üçün imkanlar məhdud olduğundan yerli məsullar dəfələrlə Tehrandakı rəsmi orqanlara müraciət edərək hadisə yerinə helikopter göndərilməsini tələb etdilər. Lakin yerli əhali və məsulların müraciətinə məhəl qoyulmadı və əraziyə helikopter göndərilmədi. Bunun nəicəsində yanğın cümə gününə qədər davam etdi və yüzlərlə hektar meşə sahəsi külə çevrildi.

Şərqi Azərbaycan Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbərin cümə günü axşam saatlarında verdiyi açıqlamada yanğının söndürüldüyünü bildirdi. Məlumata görə, əhalinin kəskin etirazı nəticəsində cümə günü hadisə yerinə 3 helikopter göndərilib.

Bu vəziyyət Azərbaycan əhalisi ilə yanaşı Şərqi Azərbaycan Əyalətinin bir çox məsulu, o cümlədən Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim və Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədinin etirazına səbəb olub.

Məhəmməd Al-i Haşim cümə namazı xütbələrində yanğının vaxtında söndürülməməsi ilə bağlı daxili işlər naziri Rəhmani Fəzlini cavab verməyə çağırıb.

O yanğını söndürməyə çalışan bir çox yerli hökumət orqanlarına təşəkkür edərək bildirib ki, daxili işlər naziri Təbii Fəlakətlər Təşkilatının fəaliyyətinə nəzarət etməlidir. Nə üçün yanğının üstündən 4 gün keçməsinə baxmayaraq hələ də söndürülməyib?!

İmam cümənin sözlərinə görə, təxminən 300 hekar meşə sahəsi yandıqdan sonra hələ də yanğın söndürülməmişdir.

Məhəmməd Al-i Haşim həmçinin vurğulayıb ki, əgər yanğını söndürməklə bağlı aidiyyatı orqanların bir-biri ilə ixtilafı vardısa, o zaman əhalinin günahı nədir?!

Məhəmmədəli Al-i Haşim

Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi də baş verən yanğının vaxtı vaxtında söndürülməməsinə etiraz bildirib.

O cümə günü yanğınla bağlı keçirilən tədbirdə bildirib ki, yerli əhali və səlahiyyətli orqanlar hadisə baş verdiyi gündən əraziyə gedib və yanğını söndürməyə çalışıb. Lakin bunun üçün helikopter lazımdır. Vəziyyəti nəzərə alaraq Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi və Ordunun məsullarına müraciət etdik, lakin tələbimiz hələ ki, təmin olunmayıb.

Məhəmmədrza Purməhəmmədi

Tehran rəsmilərini tənqid edən vali vurğulayıb ki, milli səviyyədə məsuliyyət daşıyan şəxslər və orqanlar əyalətlərdə baş verən yanğın kimi hadisələrə daha ciddi yanaşmalıdır.

Yanğının vaxtında söndürülməməsinə Şərqi Azərbaycanın daha bir neçə məsulu, o cümlədən Şərqi Azərbaycan Təbii Qaynaqlar İdarəsinin rəisi Davər Namdar da oxşar açıqlama verərək öz etirazını bildirib.

 

Başqa xəbəridə oxuyun

ELÇİBƏYİN KÜRƏKƏNİ TÜRKİYƏDƏ TƏCAVÜZƏ UĞRAYAN AZƏRBAYCANLI QADINI ÖZ HİMAYƏSİNƏ GÖTÜRDÜ

Öyrənci : Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli 27 yaşlı Aytac Aksoyu öz …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir