Son Dəqiqə
Home / Reportaj / Ərdəbildə müəllimlər etiraz aksiyası keçirib

Ərdəbildə müəllimlər etiraz aksiyası keçirib

Öyrənci : Güney Azərbaycanın Ərdəbil şəhərində Təhsil Şöbəsinin binası qarşısında etiraz aksiyası keçirilib.

Yanvarın 24-də keçirilən aksiyaya çox sayda müəllim, o cümlədən təqaüddə olan müəllimlər qatılıb.

Ərdəbilli müəllimlər bir neçə dəfədir ki, etiraz aksiyaları keçirərək məişət problemləri ilə bağlı tələblərinin təmin olunmasını istəyirlər.

Etirazçılar “Müəllimlərin zəifləməsi, təhsilin zəifləməsidir”, “Müəllim oyaqdır, ayrı-seçkiliyə nifrət edir”, “Təqaüdə çıxanlar hörmət və gün-güzəran istəyir” və s. kimi şüarlar yazılmış kağızlar nümayiş etdiriblər.

Ötən aylarda Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində müəllimlər oxşar aksiyalar keçirərək hökumət tərəfindən təmin olunmayan hüquqlarını tələb ediblər.

Başqa xəbəridə oxuyun

Azərbaycan milli istiqlal partiyasından “Abbas Lisani” üçün dəstək +Video

Öyrənci : Azərbaycan milli istiqlal partiyasının lideri Etibar Məmmədov İranda həbs edilən Güney Azərbaycanın milli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir