Son Dəqiqə
Home / Azərbaycan / Ərdoğan: “Putinlə danışdıq; dedim, Qafqazdakı bu işə son verək…”

Ərdoğan: “Putinlə danışdıq; dedim, Qafqazdakı bu işə son verək…”

Öyrənci : Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya prezidentlərinin son telefon danışığının gizlədilən təfərrüarlarını açıqlayıb.

O deyib: “Ən son dünən axşam Putinlə danışdıq. Dedim ki, Qafqazdakı bu işə son verək… Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla… Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz!!!

Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, 2 min civarında PKK və YPG-lilər erməni tərəfində savaşırlar. Deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə, dedim.

Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm… Əks təqdirdə lazım olanı edərik…

Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. Rəbb yar və yardımçıları olsun!..”.

Başqa xəbəridə oxuyun

Biz Azərbaycanın özüyük: Urmiyadan başlayıb, bütün Güney Azərbaycanın bütün şəhərlərinə yayılan çağırış

Öyrənci; Urmudan (Urmiya) start götürmüş #Biz_Azərbaycanın_Özüyük çağırışına qısa müddət ərzində bütün Güney Azərbaycan şəhərlərindən yüzlərlə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir