Son Dəqiqə
Home / Azərbaycan / Aclıq aksiyasının 12-ci günündə tanınmı Güney Azərbaycanlı fəal Abbas Lisaninin durumu bəlirsizdir!

Aclıq aksiyasının 12-ci günündə tanınmı Güney Azərbaycanlı fəal Abbas Lisaninin durumu bəlirsizdir!

Öyrənci : Mayın 27-də Ərdəbil zindanında aclıq aksiyasına başlayan Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübarizi Abbas Lisaninin vəziyyəti haqda məlumatın olmaması böyük nigaranlığa səbəb olub.
Ərdəbilin məhkəmə və zindan məsulları təhlükəsizlik qüvvələrinin təzyiqi altında azərbaycanlı fəalın qanuni hüquqlarını təmin etməkdən imtina edərək ona təzyiqləri davam etdirirlər.

Təknəfərlik kamerada aclıq aksiyası keçirən fəal artıq aksiyasının 12-ci günündədir. Onun vəziyyəti barəsində heç bir məlumat verilmədiyi üçün Lisani ailəsi və güney azərbaycanlı fəallar nigaranlıq hissləri keçirir.

Abbas Lisani qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkir. Bundan əvvəl həbsxanalarda ağır şəraitdə uzun müddətli aclıq aksiyaları keçirdiyi üçün onun ümumi sağlıq durumu yaxşı deyil.

Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.

Fəalın yaxınlarının dediyinə görə, Abbas Lisaninin vəkili məhkəmə iclasından əvvəl onun mütaliə etməsi üçün dosyesinin xülasəsini zindanın katibliyinə təhvil verib. Lakin zindan məsulları, həbsxananın təhlükəsizlik bölümünün rəisi Surazərin göstərişi ilə həmin vərəqələri Abbas Lisaniyə təhvil verməkdən imtina edir.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Fəal saxlanmasını qanunsuzluq və özbaşınalıq adlandıraraq dindirilmə zamanı soruşulan suallara cavab verməkdən imtina etmişdir.

Abbas Lisani başqa bir dosyeyə görə, konkret olaraq musiqi ustadı mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyətinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan 10 aylıq həbs hökmünü aprel ayında keçirilən iclasda olduğu kimi qüvvədə saxlayıb. Fəalın hər iki məhkəmə iclası qiyabi olaraq keçirilib, Ərdəbil zindanında saxlanılan fəal Apelyasiya Məhkəməsinin keçirdiyi iclasa buraxılmayıb.

Gələn həftənin birinci günündə (bazar ərtəsi günü) Abbas Lisaninin məhkəmə iclası keçiriləcək.

Başqa xəbəridə oxuyun

Azərbaycanla Türkiyə arasında viza ləğv edildi

Öyrənci : Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. Bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir