Son Dəqiqə
Home / Məqalə / ATATÜRK’ÜN şah əsəri – 95 yaşlı TÜRK cümhuriyyəti

ATATÜRK’ÜN şah əsəri – 95 yaşlı TÜRK cümhuriyyəti

Öyrənci: Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü tamam olur.

Oyrenci.org xəbər verir ki, 95 il öncə qazi Mustafa Kamal və onun silahdaşları Şərqdə yeni, modern bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğunu elan ediblər. Ancaq cümhuriyyətin elanı o qədər də asan olmayıb.

Belə ki, Osmanlı imperiyasının 1914-1918-ci illərdə davam edən Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyə ərazisinin, tarixi torpaqlarının böyük bir hissəsini işğal ediblər. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanıb. Ancaq Osmanlı ordusunun yüksək çinli zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına, yaxud Qurtuluş Savaşına başlayıb. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilib. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatıb. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunub. Oktyabrın 29-da isə Böyük Millət Məclisində (TBMM) Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınıb. 1934-cü ildə TBMM Mustafa Kamala “Atatürk” soyadını verib.

Səksən milyon nəfərdən çox əhalisi olan, ərazisinin çox böyük hissəsi Anadolu yarımadasında yerləşən, şimalda Qara, cənubda Aralıq, qərbdə Mərmərə və Egey dənizləri tərəfindən əhatə olunan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ermənistan, Azərbaycan, İran, İraq və Suriya ilə həmsərhəd Türkiyə Respublikası hazırda Yaxın və Orta Şərq regionunun lider dövlətlərindən biridir.

Başqa xəbəridə oxuyun

“Təkəm gəzdirmə” mərasimi Zəncan məktəblərinə çatdı!

Öyrənci : Son günlərdə Güney Azərbaycanın şəhər və kəndlərində Novruz bayramı şənlikləri keçirilir.Müxtəlif bayram şənlikləri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir