Home / Azərbaycan / Azərbaycana növbəti xəyanət: Yerli olmayan bir kürd Şərqi Azərbaycan Əyalətinin Ədliyyə Şöbəsinin rəisi təyin oldu

Azərbaycana növbəti xəyanət: Yerli olmayan bir kürd Şərqi Azərbaycan Əyalətinin Ədliyyə Şöbəsinin rəisi təyin oldu

Öyrənci : Qərbi Azərbaycan Əyalətində həssas postlar azərbaycanlılardan alınaraq mühacir və hətta yerli olmayan kürdlərə təhvil verilir.

Son məlumata görə, İran Məhkəmə Sisteminin rəisi Amoli Laricani yerli olmayan bir kürdü Qərbi Azərbaycan Əyalətinin Ədliyyə Şöbəsinin rəisi postuna təyin edib.

Məhkəmə Sisteminin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Əli Əkbər Qərusi, Amoli Laricaninin imzaladığı fərman əsasında Qərbi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi və Qərbi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub.

Əli Əkbər Qərusi 14 il Kürdistan Əyalətinin Ədliyyə Şöbəsinin rəisi olub. O kürd siyasilərinin içində xüsusi nüfuza malik olan bir şəxsdir.

İlk dəfədir ki, Qərbi Azərbaycan Əyalətinin tarixində Ədliyyə Şöbəsi yerli olmayan bir kürdə tapşırılır.

Bundan əvvəl  Qərbi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi postunda Təvəkkül Heydəriçalışıb, o 9 il əvvəl Məhəmmədəli Musəvini əvəzləyib.

Son vaxtlar Qərbi Azərbaycanın həssas postlarına kürd kökənli məsulların gətirilməsində xüsusi aktivlik müşahidə olunur. Hələlik Azərbaycan və Urmiyənin millət vəkilləri türk məsulların vəzifələrindən uzaqlaşdırılmasına rekasiya verməyiblər.

Qərbi Azərbaycanda həssas postlara təyin olunan kürdlərin böyük əksəriyyəti PKK və Pejak kimi terror təşkilatları və Azərbaycana qarşı olan digər radikal kürd qruplaşmalarının tərəfdarı olur. Bu, keçmişdə müxtəlif faktlarla öz təsdiqini tapıb.

Başqa xəbəridə oxuyun

`Uygurlara baskı ve ayrımcılık endişe verici boyutta arttı` – Almanya

Almanya Dışişleri Bakanlığı’nın Çin’de yaşanan insan hakları ihlalleri hakkında hazırladığı gizli bir rapor gün yüzüne …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir