Son Dəqiqə
Home / Azərbaycan / Azərbaycanın “Traxtur” klubuna ; Özəl stadion tikilir!

Azərbaycanın “Traxtur” klubuna ; Özəl stadion tikilir!

Öyrənci : Təbrizin “Traxtur” futbol klubu şəhərin Bələdiyyə İdarəsinin yardımı ilə özünə məxsus stadion tikmək niyyətindədir.

Bu barədə klubun sahibi Məhəmmədrza Zenuzi mətbuata məlumat verib.

“Bələdiyyə İdarəsi nəzərdə tutduğumuz stadion üçün torpaq verəcək. Bu barədə bələdiyyə başqanı İrəc Şəhin Baherlə müzakirə aparılıb. Stadion üçün 3 yer nəzərdə tutulub, araşdırmalardan sonra həmin torpaqlardan biri klubun ixtiyarına veriləcək. Torpağın ötürülməsi və bununla bağlı bütün sənədlər qanun çərçivəsində olacaq”- deyə o bildirib.

Məhəmmədrza Zenuzi “Traxtur” tərəfdarlarına xidmətlə bağlı vurğulayıb ki, tərəfdarlar hər həftə bir yeniliyə imza atır, ona görə də hesab edirəm ki, bu dəyərli insanlara düzgün xidmət edilməlidir. Biz modern stadionlar səviyyəsində bir stadion inşa etməyə çalışırıq. Məqsədimiz komanda tərəfdarlarının ehtiyaclarını qarşılayacaq bir stadion tikməkdir.

Məhəmmədrza Zenuzi Güney Azərbaycanın tanınmış iş adamlarından biridir. O hazırda “Traxtur” klubundan əlavə, Təbrizin “Maşınsazi” klubunun da sahibidir. “Traxtur” tərəfdarlarının iki önəmli klubun azərbaycanlı sahibindən çox gözləndiləri var. Məhəmməd Zenuzinin sahibi olduğu klubların inkişafı uğrunda atdığı addımlar azərbaycanlılar tərəfindən yüksək qiymətləndirilir.

Başqa xəbəridə oxuyun

Kendini Türk dünyasına adayan lider Ebülfez Elçi bey / Halit Kanak

“Yükselen Bayrak bir daha inmez.” Bu sözler 28 Mayıs 1918’de kurulan bağımsız Türk Devleti Azerbaycan’ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir