Çərşənbə axşamı - Aprel 23 2019
Son Dəqiqə
Home / İnsan haqları / Azərbaycanlı (Tikantəpəli) uşağa adı türkcə olduğu üçün kimlik verilmir + GÖRÜNTÜ

Azərbaycanlı (Tikantəpəli) uşağa adı türkcə olduğu üçün kimlik verilmir + GÖRÜNTÜ

Öyrənci : Güney Azərbaycanın Tikantəpə şəhərində valdeyinlərinin “Onur” adı verdiyi uşağa 20 aydır ki,  kimlik verilmir.

Bu barədə azərbaycanlı uşağın atası Əli Hidayəti Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Tikantəpə Qeydiyyat Şöbəsinin məsulları “Onur” adının idarəyə elan olunan siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vesiqəsi verməkdən imtina edirlər.

Qeydiyyat Şöbəsinin məsulları “Onur” adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildiriblər.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb. Şübhəsiz ki, bu qərar İran rejiminin Azərbaycan türklərinə qarşı asimilasyon siyasətinə xidmət edir.

Bundan əvvəl xəbər verdiyimiz kimi, son vaxtlar “Alporhan”, “Şaman” və “Xaqan” adı verilən azərbaycanlı uşaqlara şəxsiyyət vəsiqəsi verilmirdi. Lakin bu, valdeyinlərin uzun müddət mübarizəsindən sonra mümkün olmuşdur.

Başqa xəbəridə oxuyun

Ülkücü Hareketin lideri Alparslan Türkeş vefatının 22. yılında anılıyor…

  İşte Alparslan Türkeş’in hayatı: Başbakan yardımcılığı dahil devletin önemli kademelerinde görev üstlenen, MHP’nin Kurucu Genel …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir