Çərşənbə axşamı - Oktyabr 20 2020
Home / Azərbaycan / Biz Azərbaycanın özüyük: Urmiyadan başlayıb, bütün Güney Azərbaycanın bütün şəhərlərinə yayılan çağırış

Biz Azərbaycanın özüyük: Urmiyadan başlayıb, bütün Güney Azərbaycanın bütün şəhərlərinə yayılan çağırış

Öyrənci; Urmudan (Urmiya) start götürmüş #Biz_Azərbaycanın_Özüyük çağırışına qısa müddət ərzində bütün Güney Azərbaycan şəhərlərindən yüzlərlə insan qoşulub.

Onlar əllərində sözügedən şüar yazılmış plakatlar tutaraq, Quzey Azərbaycan Ordusunun Qarabağı azad etmək üçün keçirtdiyi hərbi əməliyyatlara dəstək ifadə etməklə yanaşı, İran rejiminin açıq və gizli yollarla işğalçı Ermənistana göstərdiyi hər cür yardıma etiraz edirlər.

Ermənistanın Azərbaycana qarşı yeni təxribatçı hücumu və əks həmlə olaraq, Azərbaycan Respublikasının Qarabağı azad etmək üçün keçirdiyi əməliyyatların ilk günündən etibarən güney azərbaycanlılar İran rejiminin əksinə olaraq, müxtəlif şəhərlərdə Quzey Azərbaycana dəstək nümayiş etdirirlər.

 

Sentyabrın 27-də Qarabağda yenidən döyüşlərin başlamasından həm əvvəl, həm də sonra Tehran rejiminin İran ərazisindən Rusiya silahlarının Ermənistana daşınmasına icazə verməsi güney azərbaycanlılar tərəfindən böyük narazılıqla qarşılanmışdı. Onların buna etiraz olaraq istər Güney Azərbaycanın Urmu və Təbriz kimi böyük şəhərləri başda olmaqla, müxtəlif bölgələrində, eləcə də İran rejiminin paytaxtı Tehranda keçirdikləri eyləmlərdə minlərlə azərbaycanlı İranın Ermənistana hər cür dəstəyini pisləmiş və Azərbaycan Ordusunun Qarabağın azadlığı üçün keçirdiyi əməliyyatlara dəstək nümüyiş etdirmişdilər.

Həmin etirazlar zamanı Tehran rejiminin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını həbs edib və hələ də onlardan bəziləri barədə məlumat yoxdur.

İran rejiminin bu qəddarlığına etiraz olaraq, milli- mədəni fəallar da daxil olmaqla, Güney Azərbaycan milləti əllərində biz Azərbaycanı dəstəkləyənlər (yandaş) deyilik, #Biz_Azərbaycanın_Özüyük yazılmış plakatlar tutaraq, həm də özlərinin Qarabağın işğaldan azad edilməsi yolunda Quzey Azərbaycan Ordusu ilə mənəvi və mədəni vəhdətlərinin olduğunu vurğulayıblar.

Digər tərəfdən, yuxarıda sadalanmış hallara görə Ərdəbilin Ciral parkında etiraz eyləmi keçirmiş və tutulmuş güney azərbaycanlılardan yalnız Pərviz Siyabi və Hamed Heydəri mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Həbs edilmiş digər 12 nəfər hələ də zindanlarda saxlanılır.

Hadisə şahidləri və digər etibarlı mənbələr fəalların tutulan zaman təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü bildirir. Bu isə onların sağlamlıq vəziyyətinə dair narahatlıqları daha da artırır.

Başqa xəbəridə oxuyun

Azərbaycanda təhsil alan güney azərbaycanlı tələbələr maddi problemlərlə üz-üzədir

ÖYRƏNCİ : musiqi və digər sahələrdə təhsil almaq üçün gələn tələbələr maddi problemlərlə üzləşiblər. Bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir