Çərşənbə axşamı - İyul 23 2019
Son Dəqiqə
Home / Azərbaycan / Dünya Türkləri İttifaqı Abbas Lisani ilə bağlı bəyanat yayıb – MƏTN

Dünya Türkləri İttifaqı Abbas Lisani ilə bağlı bəyanat yayıb – MƏTN

 

Güney Azərbaycanda təbii haqlarının davasını aparan milli fəallara qarşı təzyiq və təqiblər çoxdan ənənə halını alıb. İnsanlar həbs edilir, işgəncələr verilir, ölkədən qaçmaq məcburiyyətində qalırlar və s.

Hal-hazırda bu təzyiqlə üz üzə qalanlardan biri də, Azərbaycanın milli haqları uğrunda mübarizə aparan ictimai fəal Abbas Lisanidir.

Abbas Lisani 20 ildən artıqdır ki, Güney Azərbaycanda Azərbaycan türkcəsində məktəb və digər mövzularda haqlı mübarizə aparır. 20 ildən artıq mübarizəsi dövründə Lisani dəfələrlə nəzarət altına alınıb, həbs edilib, şallaqlanib və digər işgəncələrə məruz qalıb. Həbslərinə beynəlxalq təşkilatlar tərəfindən reaksiyası verilib və Abbas Lisani vicdan məhbusu kimi qəbul edilmişdir.
İndi də A. Lisani bir aydan artıqdır ki, həbsdədir. Bu müddət ərzində ondan bir xəbər yoxdur. Ailəsi onun başına nə gəldiyini bilmir, səhhətinə görə çox narahatdırlar.

Ən pisi isə odur ki, ailəsi Abbas Lisaninin vəziyyəti ilə maraqlananda xanımına deyiblər ki: “Heç qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik”.
Sanki İranda “Qaşıqci olayı” təkrarlanır. Və qeyd edək ki, bütün bunların məsuliyyəti İran hökumətinin üzərindədir.

Dünya Türkləri İttifaqı olaraq dünya Azərbaycanlılarını və bütün türk dünyasını Güney Azərbaycanda baş verənlərə biganə qalmamağa çağırır və İran hökumətindən Abbas Lisanini və digər siyasi fəalların azadlığa buraxılmasını tələb edirik.

 

 

Başqa xəbəridə oxuyun

Nurməhəmməd Tohti ; Tanınmış uyğur yazarı , Çinin qapalı düşərgələrində öldürülüb!

Öyrənci : Çinin Xincan bölgəsində qapalı konsentrasiya düşərgəsində saxlanılan tanınmış uyğur yazarı Nurməhəmməd Tohti vəfat edib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir