Çərşənbə axşamı - İyun 18 2019
Son Dəqiqə
Home / Reportaj / Fransada etirazlar davam edir, yüzlərlə saxlanılan var + VİDEO

Fransada etirazlar davam edir, yüzlərlə saxlanılan var + VİDEO

 

Öyrənci : Fransada “sarı jiletlər”in etiraz aksiyası davam edir.Parisdə polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Cavab olaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşların daş və şüşə atıblar.

Səhər saatlarından təkcə Parisdə 480 nəfərin saxlanıldığı bildirilir.

Hazırda iğtişaşlar davam edir, şəhərdə partlayış səsləri eşidilir.

Qeyd edək ki, Fransada kütləvi etiraz aksiyaları noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb. Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.

“Sarı jiletlilər” Fransanın ən iri şəhərlərində kütləvi etiraz aksiyaları təşkil edərək hökuməti istefaya çağırırlar.

 

Başqa xəbəridə oxuyun

Əsgər Fərəci (Təbrizi) ; Güney Azərbaycanlı milli fəal həbs edilib!

Öyrənci: İran rejimi azərbaycanlı fəallara qarşı təzyiqlərini davam etdirir. Son məlumata görə, milli-mədəni fəal Əsgər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir