Son Dəqiqə
Home / Azərbaycan / Güney Azərbaycanın Traktorsazi Klubunun adı “Azərbaycanın Traktoru” adına dəyişdirildi

Güney Azərbaycanın Traktorsazi Klubunun adı “Azərbaycanın Traktoru” adına dəyişdirildi

Öyrənci : “Təbrizin Traktorsazi” Klubunun adı “Azərbaycanın Traktor mədəni və idman klubu”  sözü ilə dəyişdirilib, lakin komandanın “Traktor” adı ilə ölkənin super liqa yarışlarına qatılacağı bildirilir.

Klubun adı onun tərəfdarları və sahibi Məhəmmədrza Zenuzinin istəyi ilə iyunun 22-də rəsmən dəyişdirilib.

İran Sənəd və Mülkiyyətin Qeydiyyat Təşkilatı klubu “Azərbaycanın Traktor mədəni və idman klubu” adı ilə rəsmən qeydiyyata alıb. Buna baxmayaraq farsdilli mətbuat orqanları komandanın “Traktor” adı ilə super liqa yarışlarına qatılacağını bildirir. Komandanın rəsmi adında “Azərbaycan” sözünün hallanması hər zaman reaksiyalara səbəb olub. İran rejimi heç bir komandanın adında “Azərbaycan” sözünün olmasına imkan vermir.

“Traxtur” (“Traktor”) klubunun isə bütün azərbaycanlılara aid olduğu kimsədə şübhə doğurmur. Azərbaycanlılar onu istənilən rəqib komandanın qarşısında və bütün meydanlarda dəstəkləyir, bu istiqamətdə əllərindən gələni edirlər. Bu komanda türk dünyasında da ən çox tərəfdarı olan komandası kimi tanınır.

 

Başqa xəbəridə oxuyun

Güney Azerbaycan Türklerine yapılan baskı ve zulmün somut örneği ABBAS LİSAN

16 September 19 Abbas bey lisaninin Erdebil inkilap mahkemesinde duruşması oldu. “Erdebil Appelasya mahkemesi (1.şube)” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir