Son Dəqiqə
Home / İnsan haqları / Həkimə Xanım Əhmədi Marağa zindanında quru aclıq aksiyasına başlayıb + VİDEO

Həkimə Xanım Əhmədi Marağa zindanında quru aclıq aksiyasına başlayıb + VİDEO

Öyrənci : Marağa zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı fəal xanım Həkimə Əhmədi quru aclıq aksiyasına başlayıb.

Bu barədə fəalın həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbani cümə günü, noyabrın 9-da bir video yayaraq məlumat verib.

“Həkimə Əhmədi Marağa zindanında saxlanılır, zindan məsulları onunla görüşməyə icazə vermir. Həkimə Marağa xəstəxanasında bir gün müalicə olunduqdan sonra yenidən zindana qaytarılıb.

Mərənd Ettelaat İdarəsinin əməkdaşları mənə zəng edərək bildirdilər ki, nə üçün müsahibə verib və xəbəri mətbuata çıxarıbsan! Onlar Həkimə xanımın Ettelaat İdarəsi tərəfindən deyil, “Sepah”ın təhlükəsizlik bölümü tərəfindən saxlandığını da bildirdilər”- deyə o qeyd edib.

Məhəmmədrza Qurbani əlavə edib ki, həyat yoldaşının dosyesi ilə əlaqədar Təbriz “Sepah”ının təhlükəsizlik bölümünə müraciət edib, lakin təhlükəsizlik orqanında məmurların təhdidi ilə üzləşib. Ona bildirilib ki, Həkimə xanımın dosyesi ilə maraqlanmağın onun üçün ağır nəticələri ola bilər!

Məhəmmədrza Qurbani ötən günlərdə həyat yoldaşının Ettelaat İdarəsinin təcridxanasında ruhi və cismi işgəncələrə məruz qaldığını bildirmişdir, lakin sonra fəalın “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən işgəncə olunduğu məlum olub.

Bundan əvvəl Həkimə Əhmədinin işgəncələr nəticəsində iki qabırğasının qırıldığı və barmaqlarının yaralandığını bildirilmişdir.

Məhəmmədrza Qurbaninin bundan əvvəlki açıqlamasına görə, təhlükəsizlik qüvvələri oktyabrın 18-də evə hücum çəkərək Həkimə xanımı yaxalayıb naməlum istiqamətə aparıblar. Evdəki uşaqları təhdid edən məmurlar axtarış apardıqdan sonra evdən 2 ləptop, 3 mobil telefonu və bir neçə Sim-Kart götürüblər.

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

Həkimə Əhmədi Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərir. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var.

Adını çəkdiyimiz fəal ötən aylarda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Başqa xəbəridə oxuyun

Azərbaycanın “Traxtur” klubuna ; Özəl stadion tikilir!

Öyrənci : Təbrizin “Traxtur” futbol klubu şəhərin Bələdiyyə İdarəsinin yardımı ilə özünə məxsus stadion tikmək …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir