Son Dəqiqə
Home / Azərbaycan / İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub ; Qarabağ AZƏRBAYCANDIR

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub ; Qarabağ AZƏRBAYCANDIR

Öyrənci: Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər.

Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Başqa xəbəridə oxuyun

Biz Azərbaycanın özüyük: Urmiyadan başlayıb, bütün Güney Azərbaycanın bütün şəhərlərinə yayılan çağırış

Öyrənci; Urmudan (Urmiya) start götürmüş #Biz_Azərbaycanın_Özüyük çağırışına qısa müddət ərzində bütün Güney Azərbaycan şəhərlərindən yüzlərlə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir