Çərşənbə axşamı - İyul 23 2019
Son Dəqiqə
Home / Reportaj / İran Vaşinqton üçün Şimali Koreya, Suriya və Venesueladan ön plana keçərək, başlıca mövzuya çevrilib.

İran Vaşinqton üçün Şimali Koreya, Suriya və Venesueladan ön plana keçərək, başlıca mövzuya çevrilib.

Öyrənci: İran Vaşinqton üçün Şimali Koreya, Suriya və Venesueladan ön plana keçərək, başlıca mövzuya çevrilib.Bunu politoloq Elxan Şahnoğlu qeyd edib. O, ABŞ Dövlət katibi Mayk Pompeonun həftə ərzində İran mövzusuna görə iki səfərini təxirə saldığını bildirib:

“Berlinə getməliydi, ancaq o, bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar yazıldı ki, artıq ABŞ Almaniyanın müttəfiqi deyil, Vaşinqton bu ölkəni saymır. Bu gün də Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya Prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda ertələndi, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi”.

Politoloqun sözlərinə görə, Rusiya da artıq vəziyyətdən narahat olmağa başlayıb:

“ABŞ-ın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir. Təsəvvür edin ki, Rusiyanın tanınmış şovinist siyasətçisi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda Ukraynanın aktual olmadığını, diqqəti İrana yönətlməyi təklif etdi: “ABŞ İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhədi bağlamalıyıq”.

Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır. ABŞ-İsrail planı nədirsə, bölgəyə yaxşı heç nə vəd etmir. Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır. İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar”.

Başqa xəbəridə oxuyun

Nurməhəmməd Tohti ; Tanınmış uyğur yazarı , Çinin qapalı düşərgələrində öldürülüb!

Öyrənci : Çinin Xincan bölgəsində qapalı konsentrasiya düşərgəsində saxlanılan tanınmış uyğur yazarı Nurməhəmməd Tohti vəfat edib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir