Son Dəqiqə
Home / Reportaj / Manqurdlar ; Ərdəbildə “Ellər bağı” parkının türkcə adını dəyişdiriblər!

Manqurdlar ; Ərdəbildə “Ellər bağı” parkının türkcə adını dəyişdiriblər!

Öyrənci : İran rejiminin Azərbaycana qarşı tətbiq etdiyi asimilasyon siyasətinin tərkib hissəsi kimi, ölkədə türkcə olan coğrafi adların farsca adlarla dəyişdirməsi prosesi  davam edir.

Ərdəbildən əldə etdiyimiz məlumata görə, bu şəhərin “Ellər bağı” parkının adı dəyişdirilərək “Mir Əşrəf” adlandırılıb.

Ərdəbilin Bələdiyyə İdarəsi “Mir Əşrəf” məhəlləsində yerləşən parkın adını sırf türkcə olduğu üçün dəyişib, bu kimsədə şübhə doğurmur.

Parkın adının dəyişdirilməsinə birinci olaraq “Mir Əşrəf” məhəlləsinin sakinləri etiraz edib. Onlar digər azərbaycanlılar kimi parkın tarixi adla adlandırılmasını tələb edirlər.

Ərdəbilin şimal hissəsində yerləşən  “Ellər bağı” parkı bu şəhərin tarixi parklarından birdir və 2 hiktardan çox sahəsi var.

Ərdəbildən başqa Xalxal və Urmiyə şəhərlərində də “Ellər bağı” adlı parklar mövcuddur.

İranda Pəhləvi dövründə Azərbaycan türklərinə qarşı başlayan asimilasyon siyasəti islam cümhuriyyəti dövründə daha da geniş vüsət aldı. Coğrafi adların fars sözləri ilə dəyişdirilməsi faktlarına Güney Azərbaycanın bütün şəhər və kəndlərində rast gəlinir.

Başqa xəbəridə oxuyun

“Traxtur”un yarışından əvvəl “Ərdəbil oyaqdır , Təbrizə bir dayaqdır” şüarı səsləndirilib + VİDEO

Öyrənci : Cümə axşamı günü Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Xuzistanın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir