Son Dəqiqə
Home / Öyrənci / Marağa şəhərinin dövlət universitetində milli hökümətin xatirəsinə həsr olunmuş tədbir ləğv olundu.

Marağa şəhərinin dövlət universitetində milli hökümətin xatirəsinə həsr olunmuş tədbir ləğv olundu.

Öyrənci : Marağa şəhərinin dövlət universitetində 21 azər milli hökümətin xatirəsinə həsr olunmuş Eyvaz Taha çıxış edəcəyi tədbir ləğv olundu.

Oyrenci.org bildirir ; Bu tədbirdə Eyvaz TAHA çıxış edəcəkədi. Tədbir 1946-ci ilin dekabrında süqut etmiş Güney Azərbaycan milli hökümətinin xatirəsinə həsr edilmişdi. E. Taha isə fədayilər təfəkkürünün Güney oyanış hərkatında rolundan danışacaqdı. Çünki böyük Pişəvəri çağdaş Azərbaycanda qurlutuşçu siyasətin simgəsi olaraq, bir çox aktual cərəyanların qovşaq və birlik nöqtəsidir.

Prezident Həsən Ruhani seçkilər zamanı etdiyi qızğın çıxışlarda insan haqlarının tapdalanmayacağına söz vermişdi. Lakin tədbir onun başçılıq etdiyi orqanlar ləğv etdilər. Sözsüz bu, Ruhani dövltinin sabit siyasətidir. Bu hesabla tədbirin ləğvinin məsuliyəti birbaşa dövlətin boynuna düşür. Yoxsa tədbirin qabağını almış universitet rəsmiləri göstəriş gözəlyən piyada figurlardan başqa bir şey deyillər. Əlbətə indiki güc strukturu elə bir zəmin yaradıb ki, məmurlar beləcə qərarları hayata keçirərkən vicdan əzabına yoluxmadan öz kiməlikləri ilə müharibəyə girişirlər.

Lakin bu, məsuliyətin yükünü məmurların çyıınındən götürmür. Çünki insanlar azad iradə subyektləri olaraq əxlaq və öhdəlikdən tam yayına bilməzlər, yoxsa insan olmaq şərtini inkar etmiş olarlar.

Başqa xəbəridə oxuyun

Azərbaycanın “Traxtur” klubuna ; Özəl stadion tikilir!

Öyrənci : Təbrizin “Traxtur” futbol klubu şəhərin Bələdiyyə İdarəsinin yardımı ilə özünə məxsus stadion tikmək …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir