Çərşənbə axşamı - İyul 23 2019
Son Dəqiqə
Home / İnsan haqları / “Mehdi Kuxiyan” ; Güney Azərbaycanlı sivil eyləmci , Ettelaat-da işgəncə altındadır

“Mehdi Kuxiyan” ; Güney Azərbaycanlı sivil eyləmci , Ettelaat-da işgəncə altındadır

Öyrənci: Son günlərdə Marağa zindanından bu şəhərin Ettelaat İdarəsinin təcridxanasına köçürülən azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyanın işgəncələr altında saxlandığı bildirilir.  

Etibarlı mənbələrdən əldə olunan məlumata görə, məlikanlı (“Məlik mkəndi”) fəal məcburi etiraf almaq məqsədi ilə Ettelaat-ın təcridxanasına köçürülüb.

Aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı fəal aprelin 13-ü axşam saatlarında Ettelaat-ın təcridxanasından zindana köçürülmüşdür.

Kuxiyanın yaxınlarının dediyinə görə, fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, deputat və Ettelaat İdarəsinin onunla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil. Belə açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun qətlə yetirilməsi ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

Başqa xəbəridə oxuyun

Nurməhəmməd Tohti ; Tanınmış uyğur yazarı , Çinin qapalı düşərgələrində öldürülüb!

Öyrənci : Çinin Xincan bölgəsində qapalı konsentrasiya düşərgəsində saxlanılan tanınmış uyğur yazarı Nurməhəmməd Tohti vəfat edib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir