Son Dəqiqə
Home / İnsan haqları / “Perspolis” azarkeşlərindən “Traxtur” tərəfdarları və Azərbaycan türk millətinə qarşı inanılmaz təhqiramiz hərəkət + VİDEO

“Perspolis” azarkeşlərindən “Traxtur” tərəfdarları və Azərbaycan türk millətinə qarşı inanılmaz təhqiramiz hərəkət + VİDEO

Öyrənci : Yanvarın 26-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən görüş zamanı “Traxtur” tərəfdarları daşa tutulub, görüşə ev sahibliyi edən komandanın tərəfdarları inanılmaz təhqiramiz hərəkətlərə yol veriblər.
İran Gənclər və İdman Nazirliyinin dəstək verdiyi komandanın tərəfdarları yalnız görüş zamanı deyil, oyun bitdikdən sonra da təhqiramiz hərəkətlərini davam etdiriblər.

“Traxtur”-“Perspolis” oyunundan sonra sosial şəbəkələrdə Azərbaycan komandası və türk millətinə qarşı olduqca təhqiramiz bir video paylaşılıb. Bu göstərir ki, panfarsistlərin Azərbaycana qarşı təhqirləri yalnız stadionla məhdudlaşmır.

“Perspolis” tərəfdarları çəkdikləri təhqiramiz klipi sosial şəbəkələr, o cümlədən İnstaqramda yaymaqla milyonlarla Güney Azərbaycan türkünə qarşı olan nifrətlərini nümayiş etdiriblər.

Əslində şovinistlərin bu kimi hərəkətləri “Perspolis” və “İstiqlal” komandaları ilə görüşdə hır zaman müşahidə olunub. Lakin İdman Nazirliyi və digər səlahiyyətli orqanlar böyük bir milləti təhqirə məruz qoyan irqçilərin qarşısında susmağa üstünlük verir. Hökumətin bu mövqeyi hər zaman azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

Şübhəsiz ki, kobud təhqirə yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır. “Traxtur” tərəfdarları Azərbaycan klubundan baş verən hadisəyə görə şikayət etməsini tələb edir.

Başqa xəbəridə oxuyun

Güney Azerbaycanlı yönetmenden İran’lı gazeteciye sert tepki ; ‘Kimse Türk dilini aşağılayamaz’

Azerbaycanlı yönetmen Yakup Sadık Camali ‘Beyaz-siyah’ dergisinin yazı müdürü Emir Farz İlahi’nin Fecr Film Festivalindeki …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir