Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1073 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha beş nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 113 nəfərə çatıb.
Qızılbaş əlavə edib ki, pandemiya yayılandan etibarən Zəncan əyalətində 3 min 333 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib, onlardan 890 nəfəri sağalıb.
Şərqi Azərbaycanda mayın 10-da verilən məlumata görə, xəstəliyə yoluxanların sayı 5813 nəfərə, infeksiyasından ölənlərin ümumi sayı isə 403 nəfərə çatıb.
Həmədan əyalətində də eyni tarixdəki açıqlanan rəqəmlərə əsasən 103 nəfər koronavirus infeksiyasından canını itirib. Xəstəliyə yoluxanların sayı isə 898 nəfərə çatıb.
Güney Azərbaycanın Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.