Öyrənci : Son günlərdə İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edən soydaşlarımızın sayı artıb.
Bununla yanaşı azərbaycanlı siyasi məhbusların qanunsuz həbs edilməsinə ümumi məkanlarda da etiraz edilir. Fevralın 6-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Məscid Süleymanın” “Neft” komandası arasında keçirilən görüş zamanı stadionda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib. Bannerdə “Azərbaycanın siyasi məhbusları azad olsun” cümləsi yazılıb.
Bütün bunlar İran təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri önləyici tədbirlərə rəğmən baş tutub.