Öyrənci : Ötən günlərdə həbs edilən azərbaycanlı milli-mədəni fəal və rəqs müəllimi Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir.
Təbrizli fəal yanvarın 30-da 3 aylıq həbs cəzasını çəkmək üçün yaşadığı şəhərin mərkəzi zindanında həbs olunub.
O əsgər olduğu zaman mərhum azərbaycanlı fəal Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə və həbsdə olan azərbaycanlı fəallara dəstək verdiyinə görə saxlanılıb və Təbriz zindanında sorğu-suala tutulub.
Sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq kimi qondarma ittihamlarla üzləşən Şahin Bərzgər Hərbi Məhkəmənin 1-ci şöbəsində mühakimə olunub. 3 ay həbs cəzasına məhkum edilən fəal 70 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Hökmlə bağlı fəalın şikayətinə baxan Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi onun etirazını rədd edərək həbs qərarını olduğu kimi qüvvədə saxlanıb.