Son Dəqiqə
Home / Azərbaycan / Təbrizdə əl satıcıların etirazları davam edir

Təbrizdə əl satıcıların etirazları davam edir

Öyrənci : Təbrizdə bir qrup səyyar satıcı tarixi Təbriz bazarında səyyar satıcılığa qoyulan qadağaya etiraz olaraq bir neçə dəfədir ki, etiraz yığıncağı keçirib.

İyulun 7-də keçirilən yığıncağa çox sayda səyya satıcı qatılıb. Satıcılar verdikləri açıqlamada bildirib ki, bizim güzəranımız bazarda səyyar satıcılıqdan təmin olunur. Bu işin qadağan edilməsi ilə biz gəlir mənbəyimizi itiririk.

Bələdiyyə İdarəsi etirazlardan sonra mağazaların önündə alverlə məşğul olan satıcılar üçün gözlənilməz təklif irəli sürüb. Bu məqsədlə Şəriəti və Firdovsi xiyabanlarının kəsişməsində səyyar satıcılar üçün bir zolaq nəzərdə tutulub. Bildirilib ki, satıcılar saat 21-dən sonra xiyabanın müəyyən edilmiş hissəsində alverlə məşğul ola bilər.

Satıcılar Bələdiyyə İdarəsinin təklifini rədd edərək saat 21-dən sonra şəhərdə təxminən heç bir müştəri olmadığını bildiriblər.

Qeyd edək ki, səyyar satıcılardan yaxasını qurtarmağa çalışan Bələdiyyə İdarəsi bu məsələni həll etməyə məcburdur. Səyyar satıcılıq dünyanın bütün ölkələrində var, çox sayda vətəndaşı birdən-birə işsiz qoyub, onların gəlir mənbəyini əlindən almaq düzgün deyil.

Güney Azərbaycanda hökm sürən iqtisadi gərginlik səyyar satıcılıq kimi işlərə üz tutanların sayının artmasına səbəb olub. Bəzi hallarda mağaza sahibləri də səyyar satıcılara etiraz bildirir. Lakin onların keçiminin bu yolla təmin olunmasını nəzərə aldıqda aydın olur ki, satıcılara qadağa tətbiq etmək və onları saxlamaqla problemi həll etmək mümkün deyil. Həmin şəxslər ya başqa işlə təmin olunmalı və ya şəhərin müəyyən yerlərində onların alverlə məşğul olmasına icazə verilməlidir.

Başqa xəbəridə oxuyun

“Farsca yetərlilik” testi qonusunda tutuqlanan Kazım Əzəmi müvəqqəti azadlığa buraxılıb

Öyrənci: Məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasın etiraz etdiyinə görə saxlanılan soydaşımız Kazım Əzəmi müvəqqəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir