Son Dəqiqə
Home / Azərbaycan / “Təkəm gəzdirmə” mərasimi Zəncan məktəblərinə çatdı!

“Təkəm gəzdirmə” mərasimi Zəncan məktəblərinə çatdı!

Öyrənci : Son günlərdə Güney Azərbaycanın şəhər və kəndlərində Novruz bayramı şənlikləri keçirilir.Müxtəlif bayram şənlikləri ilə birlikdə qədim “Təkəm gəzdirmə” mərasimi də qeyd olunur.

Məlumata görə, zəncanlı məktəblilər artıq “Təkəm gəzdirmə” mərasiminə başlayıb. “Səma” qız məktəbinin şagirdləri qədim mərasimi Azərbaycanın milli geyimində qeyd ediblər.

“Təkəm gəzdirmə” mərasiminin Novruz bayramı ərəfəsində Güney Azərbaycanın digər şəhərlərində də keçiriləcəyi gözlənilir.

Son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb.

“Təkə” türk dilində erkək keçi, “təkəm” isə mənim keçim deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir. “Təkəm gəzdirmə” mərasimində təkəmçi ağacdan təkə hazırlayaraq onu əlində tutur və şəhəri gəzir. Təkəmçi əlindəki təkəni tərpədib, şeir oxuyur və bahar müjdəsini verir.

 

Başqa xəbəridə oxuyun

Ülkücü Hareketin lideri Alparslan Türkeş vefatının 22. yılında anılıyor…

  İşte Alparslan Türkeş’in hayatı: Başbakan yardımcılığı dahil devletin önemli kademelerinde görev üstlenen, MHP’nin Kurucu Genel …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir